
Hollivud səmasından daha bir ulduz düşdü. Məşhur Hollivud aktyoru Dennis Hopper uzun sürən xəstəlikdən sonra mayın 29-u yerli vaxtla saat 8-də 74 yaşında gözlərini əbədi olaraq yumdu. 62 illik aktyor həyatı boyu 260 filmə çəkilən aktyor 1936-cı il mayın 17-də dünyaya gəlib. Akyor kimi ilk işi isə 1948-ci ildə ekranlara çıxan "Studio one" serialı olub. Uzun müddətli karyerası ərzində bir çox unudulmaz rollar ifa edən aktyora ötən ilin oktyabr ayında ölümcül-prostat xərçəngi diaqnozu qoyulmuşdu. Bu ilin mart ayının 26-da isə Hollivudun məşhur "Şöhrət xiyabanında" onun adına ulduz həkk olunmuşdu. Dennis Hopper 74 illik həyatında 5 dəfə ailə qurub və bu 5 nigahdan 4 övladı var.
Mənbə / kinopoisk.ru


