
Azərbaycan xalqına növbəti itki üz verib. Məşhur telejurnalist, aparıcı, respublikanın əməkdar jurnalisti Mailə Muradxanlı iyun ayının 11-i gecə saatlarında dünyasını dəyişib. Mərhumun ölümünə qan təzyiqi səbəb olub. 1940-cı il oktyabrın 22-də Salyan şəhərində müəllim ailəsində anadan olan Muradxanlı, ADU-nun filologiya fakültəsinin jurnalistika bölməsini bitirib. Azərbaycan radiosunda "Sənətkarlar öz qəhrəmanların arasında" silsilə verilişlərin və həftəlik əyləncəli "Sabahınız xeyir" proqramının ssenari müəllifi olub. "Azərbaycan" və "Azərbaycan qadını" jurnallarında, "Kommunist", "Ədəbiyyat və incəsənət" qəzetlərində müntəzəm yazılar yazıb. Onun "Qınamayın məni" pyesi Sumqayıtda tamaşaya qoyulub. Ruscadan Azərbaycan dilinə tərcümə olunmuş yüzdən artıq filmin sinxron mətninin müəllifidir. 2007-ci ildə yaradılan "Bakı Film" kinostudiyasında baş redaktor vəzifəsində çalışıb.
ALLAH RƏHMƏT ELƏSİN!
Mənbə / big.az


